Tarkanın tələsik evlənməsinin səbəbi açıqlandı

2 May 2016 15:42 (UTC+04:00)

Mediadan və sənət dünyasından gizli nikah masasına oturan meqastar Tarkanın tələsik evlənməsinin səbəbi ilə bağlı iddia səsləndirilib.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən həftə 5 illik sevgilisi Pınar Dileklə nikahlarını rəsmiləşdirən, qarşıdakı günlərdə isə toy mərasiminə hazırlaşan müğənninin yay aylarında ailə quracağı gözlənilirdi.


Toy tarixinin tezləşdirilməsinə səbəb kimi isə Pınarın hamilə olması göstərilib.


Qeyd edək ki, müğənni Mahsun Kırmızıgül də sevgilisi hamilə olduğu üçün tələsik evlənmişdi.