Sabah bu yollardan istifadə etməyin!

2 May 2016 16:15 (UTC+04:00)

Sabah Bakı və Sumqayıtın bəzi ərazilərində hərəkət məhdudlaşdırılacaq.


Movqe.az-ın məlumatına görə, "TOUR d`AZERBAİJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 4-də saat 09.30-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol - Bakı-Sumqayıt şosesi - Masazır - Novxanı - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

 

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.