Miqreniniz varsa - Bu təbii vasitələr kömək edəcək

14 May 2016 12:00 (UTC+04:00)

Miqren (başın bir hissəsinin ağrıması) zamanı adamlar özlərini əzgin, yorğun, daxili narahatlıq hiss edirlər. Ağrı bir müddət davam edir, sonra çəkilir. Bunun səbəbləri müxtəlifdir: qaraciyərin funksiyasının pozulması, dişlərin xarab olması, həddən çox işləmək, çox yağlı xörəklər yemək. Bu cür xəstələr qida rejimini tənzimləməlidirlər. Evdə bitkilərdən hazırladığınız dəmləmələrlə miqren ağrılarını yox edə bilərsiniz. Miqren ağrılarını yox etmək üçün aşağıda yazılmış üsuldan istifadə edə bilərsiniz. Bəzən miqren ağrısı yatarkən başaltıların hündür olmasından da yaranır. Bu halda onurğa sütünun boyun hissəsi burxulmuş olur. Və beləliklə də əzələlər sıxıldıqca miqren, diş, göz, qulaq problemləri ortaya çıxır. 


- 1 stəkan suya 4-12 qr pişikotu tökün, 10 dəqiqə gözlədin və gündə 3 stəkan içə bilərsiniz. Yeməkdən əvvəl için. 

- Dəfnə toxumu toz halına gətirilir. Gündə 5 qr balla məcun halda yeyilir.

- 1 stəkan qaynar suya, 2-3 qr kəklik otu qoyun. Hər gün 3 stakan soyuq halda içmək yaxşı təsir göstərə bilir. 

- 1 stəkan suya 2-4 qr razyana əlavə edin. 10 dəqiqə gözləyin və için.

- Miqren hissələrinə çobanyastığı yağı ilə masaj etmək də yaxşı təsir edir. 

- İki stəkan qaynar suyun içinə: bir çay qaşığı əzilmiş dəfnə toxumu, reyhan və limon toxumu ataraq 15 dəqiqə dəmləyin. Bu qarışıqdan gündə 2-3 stəkan ilıq halda içmək lazımdır.


Şəkər xəstəliyi olmayan insanlar bitki çayına bir qaşıq bal əlavə edə bilər.


- Alma şirəsi içmək.(mədəsində problem edənə məsləhət deyil)

- Boyun, çiyin nahiyələrini massaj etmək,

- Pərpərən yarpaqlarını təpitmə kimi ağrıyan yerə qoymaq

- Ayaqları ilıq suya salmaq

- Kasnı toxumu dəmləyib içmək

- 25-30qr paxla çiçəyini 1 lirt suda dəmləyib içmək

- 1 çay qaşığı mərzə 1 fincan qaynanmış suda dəmləyib içmək

- 5-10 qr reyhan 1 fincan qaynar suda dəmlənilib balla qarışdırılıb yeməkdən sonra içmək

- Zəncəfil şirəsi gül ya küncüt yağı ilə qarışdırıb ağrıyan yerlərə sürtmək

- Lavanda şirəsi su ya bal şərbəti ilə içmək

- Hil, mixək, darçın, zəncəfil hərəsindən 2 qr. götürülür, 1litr qaynar suda dəmlənilir soyuyanda 1kq ball qarışdırılırş soyuducuda saxlanılır hər gün 1-2 x.q yeməkdən öncə qəbul edilir. 

- Qan təmizləyici salat: çuğundur, kök, kələm. Hərəsindən 50qr götürülür, yuyulur doğranılır üzərinə 0.5x.q günəbaxan yağı və 1.5 x.q ball əlavə edilir yeyilir.

- Damarların təmizlənməsi üçün 1 limon qabıqlı sürtkəcdən keçirilir, 1baş sarımsaq əzilib ona qarışdırılır, üstünə 60ml

qaynanmış soyudulmuş su tökülür. 2-4 gün otaq tempraturunda saxlanılır. Süzülür və hər gün 50ml ac qarnına bütün payız, qış, yaz aylarında içilir. 5-10 dəqiqə uzanılır. Mədə-bağırsaq problemi olanlara bu sarımsaq məcunu qətiyyən olmaz. 

Bunları davamlı olaraq bir ay içmək lazımdır ki, istənilən nəticəni almaq mümkün olsun.


Həmçinin yapon alimi Kadsudzo Nişinin bu idman hərəkətləri miqren baş ağrısı üçün çox effektlidir.


1. Fəqərə sütununu düzəldib şux görkəm alın. Heç yana əyilməyin. 

2. Başı 10 dəfə sağa, 10 dəfə sola əyib duzəldin. 

3. Başı 10 dəfə qabağa, 10 dəfə arxaya əyib duzəldin. 

4. Başı 10 dəfə sağa-geri, 10 dəfə sola-geri çevirin. 

5. Başı 10 dəfə sağa əyib, qulağı çiyinə toxundurmağa calışın. Boynunuzu mümkün qədər çox uzadaraq, başı geriyə fırladın, fəqərə sütununa çatdırmağa calışın. Bunu edərkən yoxlayın: başınız son həddə qədər əyilibmi? Eyni hərəkəti 10 dəfə sola edin. 

6. Qollar çiyin bərabərində acılır. Əlləri başın üzərində dik qaldırın. Dirsəkləri çiyin önündə bükün, yumruqları düyünləyin, başınızı son həddədək geri atın, cənəni tavana tuşlayın. Bunu edərkən 7-yə qədər sayın və dirsəklərinizi kürəyə tərəf dartın. Sanki onları bir-birinə yapışdırmaq istəyirsiniz: 10 dəfə.


Bu idman hərəkətlərinin hər səhər duran kimi edilməsi məsləhətdir./atv.az/