Nitq qüsurunu aradan qaldıran əlcək icad etdilər – VİDEO

28 Mart 2018 19:40 (UTC+04:00)

Nitq və eşitmə qüsuru olan insanların işini asanlaşdıran əlcək icad olunub.

 

Movqe.az xəbər verir ki, bu əlcək işarə dilini normal danışığa çevirir. Beləliklə, işarə dilini bilməyənlərlə də ünsiyyət yaratmaq mümkün olur.

 

Vaşinqton Universitetinin tələbələri Tomas Prior və Nevid Azodi tərəfindən yaradılan əlcək "Bluetooth" vasitəsilə işləyir. Əlcək işarə dilini yalnız ingilis dilinə çevirə bilir. Ancaq gələcəkdə başqa dillərə də tərcümə mümkün olacaq.publika.az