Tovuzda məktəb binası yanır

2 May 2016 17:45 (UTC+04:00)

Tovuzda məktəb binası yanır.Movqe.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.


Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını ram etmək mümkün olmayıb.


Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.