Obama respublikaçı Trampın prezident olacağını gözləmir

3 May 2016 09:37 (UTC+04:00)

Səlahiyyətləri bu il başa çatan ABŞ prezidenti Barak Obama respublikaçı Donald Trampın onun varisi olacağına inanmır.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, o, bu barədə CNN kanalına müsahibəsində bildirib.


Jurnalistin Trampın prezident postunda hansı addımları atacağı barədə verilən sualına Obama belə cavab verib: "Mən bu barədə fikirləşmirəm, çünki mən bunun (Trampın seçilməyi) baş verəcəyini gözləmirəm".