Türkiyəyə Suriyadan mərmi düşüb, ölən və yaralanan var

3 May 2016 10:30 (UTC+04:00)

Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən buraxılan roket mərmisi düşüb.


Movqe.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.


Qeyd olunur ki, mərminin düşməsi nəticəsində yaxınlıqda yerləşən evlərin birində yanğın baş verib və tezliklə söndürülüb.