Qeyri-narkotik və qeyri-psixotrop zəhərli maddələrin satışı qadağan olunur

3 May 2016 11:22 (UTC+04:00)

Azərbaycanda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələrin satışı və istifadəsi cinayət məsuliyyəti yaradacaq.

 

Milli Məclisdən erilən məlumata görə, prezidentin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 240.1-1 maddəsi əlavə edilir.

 

Yeni maddəyə əsasən "Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq.