Evlənmək istəyənlərdə dəhşətli xəstəliklər üzə çıxdı

3 May 2016 15:22 (UTC+04:00)

Ötən ay nikaha daxil olmaq istəyən 12 500 nəfər tibbi müayinə edilib. Movqe.az-a  B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın verdiyi məlumata görə, ötən ay nikaha daxil olmaq istəyənlərin 400 nəfərində talassemiya daşıyıcılığı, 52 nəfərində siflis, 1 nəfərində isə QİÇS  xəstəliyinin olduğu aşkarlanıb. Z. Əlimirzəyeva deyib ki, ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək130 min nəfər müayinədən keçib. Onlardan 6 min 921 nəfərdə talasemiya daşıyıcılığı, 415 nəfərdə siflis,  75 nəfərdə isə QİÇS aşkarlanıb.  Onun sözlərinə görə, 54 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb.