10 kilo balığı bir oturuma yeyən müğənni olay oldu
3 May 2016 20:30 (UTC+04:00)
Türkiyənin divası Bülent Ersoy yenə
gündəmdədir.
Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bu
dəfə dostları ilə birlikdə balıq restoranında nə az, nə çox düz 10
kiloqram dəniz məhsulu yeməsi ilə müzakirə olunub.
İfaçı İzmirdə konsert verdikdən sonra Bodrumda bir
balıq restoranına yollanıb. Dostları ilə 2 saat qaldığı restoranda
5 kiloqram Lagos balığı, 5 kiloqram xərçəng ayağı
yeyib.
Məlumata görə, gecə boyu Bülent Ersoya 6 ofisiant
qulluq edib, onun üçün xüsusi oturacaq
gətirilib.
Məkanda çıxan müğənni qara şlyapası və makiyajı
ilə diqqət cəlb edib.big.az