Türkiyə Aİ ilə viza rejiminin ləğvi məsələsinə aydınlıq gətirdi

3 May 2016 16:17 (UTC+04:00)

Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə viza rejiminin ləğvi barədə mövqeyinə aydınlıq gətirib.


Movqe.az-ın Türkiyənin Aİ İşləri üzrə Nazirliyinə istinadən verdiyi məlumata görə, rəsmi Ankara bu gün Avropa İttifaqının bütün 28 ölkəsinin vətəndaşları üçün vizaları ləğv edib. Lakin Aİ ilə vizasız rejim İttifaqın Türkiyə vətəndaşları üçün vizaları ləğv etməsindən sonra qüvvəyə minəcək.


Türkiyə və Aİ arasında əldə edilmiş razılaşmaya əsasən, Kipr vətəndaşları da Türkiyə ilə vizasız rejimdən yararlana biləcəkıər.