"Suriyada öl, ailən vətəndaşlıq alsın!" - QANUN

3 May 2016 22:00 (UTC+04:00)

İran ölkə daxilində və xaricində qarşıdurmalarda həyatını itirən xarici vətəndaşların ailələrinə vətəndaşlıq verəcək.


Movqe.az publika.az-a istinadən bildirir ki, parlamentdə bununla bağlı qanun qəbul edilib.

 

Tehran Pakistan və Əfqanıstan əsilli çoxlu sayda şiə döyüşçüsünü İslam İnqilabı Keşikçilər Korpusunun tərkibində Suriyaya rejim qüvvələrinin yanında döyüşə göndərir. Qəbul olunan qanuna əsasən, Suriyada Dəməşq rejiminin tərəfində döyüşərək ölən Pakistan və Əfqanıstan vətəndaşlarının ailələrinə ən geci 1 il ərzində İran vətəndaşlığı veriləcək.