UEFA-ya yeni üzv qəbul olunub

3 May 2016 16:34 (UTC+04:00)

UEFA-nın Budapeştdə keçirilən konqresində təşkilata yeni üzv qəbul olunub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Kosovo 28 ölkənin səsini qazanaraq UEFA-ya qəbul olunub. 24 ölkə bunun əleyhinə olub, 2 səs etibarlı hesab edilməyib. Serbiya Futbol Federasiyasının prezidenti Tomislav Karacic Kosovonun quruma üzv qəbul olunmasını yolverilməz hesab edib. Karacic bunu futbolun siyasətə qarışması kimi dəyərləndirib.Kosovo Balkan yarımadasında yerləşən kiçik dövlətdir. Serbiya buranı öz ərazisi hesab edir.