"Bakı-2015"in açılışı beynəlxalq mükafata layiq görüldü

3 May 2016 17:00 (UTC+04:00)

Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq "Emmi" mükafatına layiq görülüb. 


Movqe.az xəbər verir ki, bBu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.


Qeyd edək ki, bu il martın 24-ü baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası 43-cü "Emmi" mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürüb. 


Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub və Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə "Sound mix" nominasiyasıdır.