"Tour dchr("39")Azerbaidjan" velosiped turu ilə əlaqədar bağlanacaq yollar (SİYAHI)

3 May 2016 18:20 (UTC+04:00)

"Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar olaraq, ölkə ərazisində avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlanıb.


Azərbaycan Velosiped İdmanı Federasiyasından Movqe.az-a verilən məlumata görə, mayın 5-də saat 09:30-dan 15:30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində olan avtomobil yolu bağlanacaq.


Bununla yanaşı, mayın 6-da saat 09:30-dan 15:00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, mayın 7-də saat 09:30-dan 13:30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.


Mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - Hüseyn Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.