Türkiyə polis məntəqəsinə silahlı hücum - ölən və yaralananlar var

4 May 2016 09:07 (UTC+04:00)

Türkiyənin cənub-şərqində Mardin vilayətində polis məntəqəsinə silahlı hücum olub. Movqe.az-ın məlumatına görə, bu barədə "Milliyet" qəzeti yazıb.


Məlumata görə, hücum nəticəsində 1 nəfər polis əməkdaşı həlak olub, 10 əməkdaş yaralanıb.


Qəzetin verdiyi məlumata görə, ilkin olaraq silahlı hücumun arxasında PKK terror təşkilatının durduğu ehtimal edilir