İŞİD 13 ukraynalı həkimi sərbəst buraxdı

4 May 2016 11:22 (UTC+04:00)

İŞİD terror qruplaşmasının girovluğunda olan 13 ukraynalı həkim azad edilib.

Movqe.az bildirir ki, bu haqda "Twitter" hesabında Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib.

 

"Yaxşı xəbər: İŞİD-in Liviyada saxladığı 13 ukraynalı həkim azad edilərək Ben Cavad şəhərinə gətirilib", - Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı yazıb.

Klimkin həkimlərlə daim əlaqənin saxlanıldığını qeyd edib.