BMT Azərbaycanda 97 milyon dollar məbləğində layihələr reallaşdırıb

4 May 2016 12:22 (UTC+04:00)

BMT-nin müxtəlif strukturları bu günədək Azərbaycanda 96,6 milyon dollar məbləğində təqribən 50 layihə reallaşdırıb.


Movqe.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "Yeni İpək yolu iqtisadi kəməri" regionunda inklüziv və davamlı sənayenin inkişafının gücləndirilməsi" mövzusunda keçirilən seminarda deyib.


Onun sözlərinə görə, hazırda BMT-nin İnkişaf Proqramı ölkədə 18,9 milyon dollar dəyərində 10 layihə reallaşdırır.