Flora Kərimova və Rövşən Civişovdan maraqlı klip

4 May 2016 14:37 (UTC+04:00)

Estrada müğənnimiz Rövşən Civişov duet ortağı Flora Kərimova ilə çəkdirdiyi klipin təqdimatini keçirdib.Sözləri Gülağ Tənhaya, musiqisi Arif Səlimova məxsus olan bu mahnı  2010- cü ildə Rövşən Civişov və Flora Kərimova tərəfindən lentə alınıb. 5-6 ilə yaxın müddətdə bu mahnının ekranlaşması müxtəlif səbəblər üzrə mümkün olmayıb. Nəhayət bu mahnının klipini 2016-ci ildə Türkay Azəri(Temp Production) işıq üzünə çıxartdı.Çəkilişləri Bakı ərazisində aparılan klipdə Flora xanımın qizi Zümrüd Şərifzadə anasının cavanlıq obrazını canlandırıb. Hazırlıqlarına martın əvvəlində start verilən mahnının klipini martın sonlarında ekranlaşdırmaq mümkün olub. Klip Temp Productionun məhsuludur. 22 nəfər peşəkar heyyətin əziyyət çəkdiyi bu layihənin ideyası-"Ömrün qatarına gecikən xoşbəxt olmurdur". Stilisti Anar Ağakişiyev olan klipin, qrim ustası Aida Maqsudovadır. Rəng üzrə mütəxəssis Leyla Quliyeva, assitent Leyla Ələsgərova, Səyyad İlqar, Koordinator fotoqraf Fərid Əliyev, işıq rejissoru-İlham Əliyev, səs tərtibatı Şahin Allahverdi, quruluşçu operatoru Ruslan Məmmədov, quruluşçu rejissoru Türkay Azəridir. Klipin tezliklə tamaşaçı rəğbəti qazanacağı gözlənilir.