Fransada gələn ilki prezident seçkisinin anonsu verildi

4 May 2016 15:27 (UTC+04:00)

Frans-press agentliyi bildirir ki, Fransada növbəti prezident seçkilərinin vaxtı müəyyənləşib. Sısvermə bazar günləri – 23 aprel və 7 may 2017-ci il tarixlərində keçiriləcək,-deyə hökumətin sözçüsü Stefan Le Fol çərşənbə günü Nazirlər Şurasının iclası zamanı bildirib. Şura iclasında daxili işlər naziri gələn il keçirilməli olan digər seçkilər barədə də məlumat verib. Qanunvericilik orqanına seçkilər 11 və 18 iyunda, senata isə 24 sentyabrda baş tutacaq. Çoxsaylı namizədlərin elan olunması ilə ölkədə seçki kampaniyası artıq başlayıb. Minimum 12 namizəd ilkin seçkilərə qatılacağı gözlənilir.