Toyunda Tarkanı erməni geyindirəcək

4 May 2016 15:45 (UTC+04:00)

Keçən həftəsonu sevgilisi Pınar Dileklə münasibətlərini rəsmiləşdirən müğənni Tarkanın nikahından yeni fotolar yayılıb.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, nikah məmuru evlilik şəhadətnaməsini gəlinə təqdim edib.


Bu arada mayın 6-da baş tutacaq toyda Tarkanın Türkiyənin məşhur dizayneri Levon Kordonciyanın tikdiyi kostyumu geyinəcəyi məlum olub.


Qeyd edək ki, əslən erməni olan Kordonciyanlar ailəsi Mustafa Kamal Atatürkün də geyindiyi kostyumların müəllifləri olublar.