Vərəmdən ölən məhkumların sayı kəskin azalıb

4 May 2016 21:30 (UTC+04:00)

Movqe.az trend-ə istinadən bildirir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.Onun sözlərinə görə, bu sahədə görülən ciddi işlərin sayəsində vərəmli məhkumların ölüm hadisəsinin qarşısı azalır: "Vərəm xəstəliyi ilə bağlı Azərbaycan nümunəvi bir dövlətdir. 1991-92-ci illərlə nisbətdə Azərbaycanda vərəm xəstələrinin sayı 57-58 dəfə azalıb. Artıq Azərbaycanda bu xəstəliyin tam müalicəsi mümkündür".