Rüstəm Orucov, Elmar Qasımov reytinqə başçılıq edir

4 May 2016 16:27 (UTC+04:00)

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, yeni siyahıda millimizin aparıcı üzvlərinin mövqeləri bir qədər də möhkəmlənib.73 kq-da Avropa çempionu adını qazanan Rüstəm Orucov öz çəkisində yenə ilk pillədədir. Elmar Qasımov Kazanda keçirilən yarışda mükafata sahib olmasa da,siyahıdakı liderliyini qoruya bilib. Onunla birgə 100 kq. çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Elxan Məmmədov isə 21-cidir. Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov yeni reytinqdə 4-cü olub. Digər cüdoçularımızdan 60 kq-da İlqar Müşkiyev 14-cü pillədədir, 66 kiloqramdakı tatami ustalarımızdan Nicat Şıxəlizadə 10-cu, Tərlan Kərimov 42-ci yerdə qərarlaşıb. 81 kq-da Abdulhaqq Rəsullu 60-cı, 90 kq da Məmmədəli Mehdiyev 28-ci,100 və yuxarı çəkidə Uşanqi Kokauri 31-ci olub. Qadınlarda isə 48 kq-da yarışan Aişə Qurbanlı 45-ci yerdə qərarlaşıb. Siyahıya əsasən, kişilərdən ibarət yığmamızın Rioya tam heyətlə yollanması üçün Abdulhaqq Rəsullu qarşıdakı turnirlərdə maksimum xal toplamalıdı.