Agentlik direktoruna yeni vəzifə verildi - Eksklüziv

4 May 2016 18:04 (UTC+04:00)

Nazirlər Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru  Vüsal Kərimliyə daha bir vəzifə verilib. Movqe.az-ın eksklüziv olaraq əldə etdiyi məlumata görə, Vüsal Kərimli eyni zamanda Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvü təyin olunub. Bu Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarında dəyişiklik edilməsi barədə NK-nın qərarı ilə baş tutub. Qeyd edək ki, V. Kərimov bir müddət öncə təyin olunduğu Bakı Nəqliyyat Agentliyində apardığı islahatlarla yadda qaldığından, Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvü kimi fəaliyyətinin də uğurlu olacağı gözlənilir.