“Facebook Messenger”də yenilik

5 May 2016 09:53 (UTC+04:00)

"Facebook Messenger" messencerinin test versiyasında istifadəçilər göndərilən mesajın qəbul edən tərəf üçün silinmə vaxtını müəyyən edə bilərlər. Yaxın gələcəkdə sözügedən mobil proqramın istifadəçiləri mesajın 1 dəqiqə, 15 dəqiqə, 1 saat, 4 saat və ya 1 gün sonra silinməsi ilə bağlı seçim imkanı əldə edəcəklər. "Facebook" bu cür yeniliklərlə istifadəçilərə öz şəxsi kommunikasiyalarına daha yaxşı nəzarət etməyə imkan verir.