NİİM Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verildi

5 May 2016 10:47 (UTC+04:00)

Baş nazir Artur Rasi-zadə "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Sənədə əsasən, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"ndan çıxarılıb. Baş nazirin imzaladığı digər sənədə əsasən, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na daxil edilib.