Ailəsi ilə dalaşdı - Evini yandırdı

5 May 2016 11:16 (UTC+04:00)
Paytaxt sakini əsəbiləşərək öz evini yandırıb. Hadisə Yasamal rayonunda baş verib. "Yeni Yasamal 1"-də yaşayan 1988-ci il təvəllüdlü Qalib Rüstəmzadə ailə münaqişəsi zəminində evini yandırıb. Ümumi sahəsi 83 kv.metr olan evin bir hissəsi əşyalarla birlikdə yanıb. Xəsarət alan olmayıb.