Bakıda avtomobil yolu keçən azyaşlı uşağı vurdu

5 May 2016 11:38 (UTC+04:00)

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində "Mercedes" markalı 10 UA 697 dövlət qeydiyyat nişanlı avtomobil 38 yaşlı qadını və azyaşlı uşağı vurub. Nəticədə ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.