Bakıda daha bir avtomobil 2 nəfəri vurub xəstəxanalıq etdi

5 May 2016 11:49 (UTC+04:00)

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, Nizami rayonu T.Abbasov küçəsində "Mercedes" markalı, 90 CZ 008 dövlət qeydiyyat nişanlı avtomobil 49 və 57 yaşlı iki nəfəri vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.