"WhatsApp"dan daha bir sürpriz

5 May 2016 11:58 (UTC+04:00)

Dünyada gün keçdikçə daha sürətlə yayılan ani mesajlaşma sistemi olan "WhatsApp" daha bir yenilik ərəfəsindədir. Movqe.az anspress-ə istinadən bildirir ki, mobil telefonlardan sonra indi də kompüterlər üçün xüsusi tətbiq hazırlanır. Çox yaxın zamanda tətbiq istifadəçilərin xidmətinə veriləcək. Yəni kompüter qarşısında oturaraq "WhatsApp"la səsli və görüntülü danışıq mümkün olacaq.