Lombardlar Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə keçəcək

5 May 2016 14:36 (UTC+04:00)

Gələcəkdə Azərbaycanda fəaliyyət göstərən lombardlar Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə alınacaq. Hazırda Palata bununla bağlı müşahidələr və bazar təhlilini aparır. Palatadan bildirilib ki, lombardların arasında yaxşı fəaliyyət göstərən, peşəkar olanlar da var: "Hətta onların bir neçəsi lombard biznesini qurmadan öncə Rusiyadan mütəxəssislər dəvət edib, Rusiyanın təcrübəsindən istifadə edənlər var".