Emin Ağalarovdan xoş xəbər

5 May 2016 15:18 (UTC+04:00)

Müğənni-bəstəkar Emin Ağalarov bu yay da pərəstişkarlarını başına toplayacaq. Publika.az xəbər verir ki, ifaçı iyulun 14-də "Yaşıl Teatr"da solo-konsert proqramı ilə çıxış edəcək. Emin bölgələrdəki sevənlərinə də sürpriz etməyi planlaşdırıb. O, Bakı konsertindən sonra bölgələrə turneyə çıxacaq. Konsertdə Emin ən son hitlərini ifa edəcək. Bu, Eminin "Yaşıl Teatr"da sayca səkkizinci konsertidir.