Şirvanda qəza - 3 nəfər xəsarət alıb

5 May 2016 17:27 (UTC+04:00)

Şirvan şəhərində yol qəzası baş verib. ATV-nin Şirvan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan rayon sakini, 27 yaşlı Natiq Qurbanovun idarə etdiyi "Opel" markalı avtomobili  Şirvan sakini, 56 yaşlı Balakişi Cəbiyevin idarə etdiyi maşınla toqquşub.


Nəticədə "Opel" markalı avtomobil aşaraq, yolun kənarına düşüb və ciddi zədələndiyindən yararsız hala düşüb. Hadisə zamanı "Opel"in sürücüsü, avtomobildə olan sərnişinlər-Salyan sakinləri, 51 yaşlı Mahmud Abdullayev və 49 yaşlı İlqar Əlizamanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralılar dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən hər üç yaralıya ilk tibbi yardım göstərilib. Sürücü və İlqar Əlizamanovun vəziyyəti ağır olduğundan onlar reanimasiya, digər yaralı isə travmatologiya şəbəsinə yerləşdirilib.


Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.