İsmət Abbasov Rusiyanın qoyduğu qadağaya aydınlıq gətirdi

20 Aprel 2012 13:54 (UTC+04:00)
Rusiya tərəfindən bitki məhsullarının əl yükündə və sərnişinlərin baqajında daşınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilməsi RF-nin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə planları ilə bağlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov jurnalistlərə bildirib. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti cari ilin aprelin 16-dan etibarən Azərbaycan, Tacikistan və Özbəkistandan Rusiyaya gələn sərnişinlərin baqajında və əl yükündə bitkiçilik məhsullarının daşınmasına müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini elan edib. "Bu, normal qərardır və Rusiyanın ÜTT-yə daxil olması planları ilə bağlıdır", - nazir deyib.