Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır

6 May 2016 09:00 (UTC+04:00)

ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Dağlıq Qarabağda yaradılmış işğalçı rejimin "müstəqilliyini" tanımır.

Movqe.az-ın məlumatına görə, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.


O deyib: "Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamasalma kontekstində müəyyən ediləcək".


O həmçinin bildirib ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ruhda danışıqlar masası arxasına oturmağa çağırır.