Müğənni ilk dəfə qızını göstərdi - foto

6 May 2016 10:30 (UTC+04:00)
Türkiyəli müğənni Kubat yeni doğulmuş körpəsiylə fotosunu ilk dəfə sosial şəbəkədə paylaşıb. 

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi fotonun altına "şükür qovuşdurana" şərhini yazıb.

Qeyd edək ki, 2014-cü ildə Belçikada evlənən Kubat və Eylem Eraydın cütlüyünün qızı bu il, aprelin 30-da dünyaya gəlib.