Səyyar xidmətlər çərçivəsində 537 şəxsiyyət vəsiqəsi verilib

6 May 2016 10:40 (UTC+04:00)

Binəqədi, Xəzər, Xətai, Qaradağ, Abşeron, Sumqayıt, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Qusar, Samux, Qax və Qazax rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilən səyyar xidmətlər çərçivəsində vətəndaşlara növbəti xidmət həyata keçirilib.


Bu barədə Movqe.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.


Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 1571 vətəndaşın müvafiq sənədləri qəbul edilib, 537 nəfərə isə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.


Analoji tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir.