"Yandırdın məni Tarkan" - Sinan Akçıl

6 May 2016 12:15 (UTC+04:00)

Türkiyəli müğənni Sinan Akçıl alış-veriş mərkəzində fotokameralara tuş gəlib.

 

Movqe.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, sənətçi tez-tez küsüb-barışdığı model sevgilisi Ebru Şallı haqqında "Divlərin sevgisi böyük olur" deyə, bildirib. 


Bir müddət əvvəl evlənməklə bağlı suallara "Əvvəl Tarkandan gözləyirik" cavabını verən Sinana həmin ifadələri xatırladılıb. Tarkanın evlənməsi qarşısında təəccüblənən Akçıl jurnalistlərin suallarını cavablandırıb.

 

O, "Əvvəl Tarkan evlənsin dedim. 1 ay sonra özünə toy etdi. Mən gözləyirdim ki, 5 ildən sonra evlənəcək. Tarkandan qol yedim. Ona xoşbəxtlik diləyirəm. Amma məni yandırdın Tarkan" deyə, bildirib. Sinan anasının evlənmək üçün onu sıxışdırmadığını etiraf edib:


"Anam hələ cavandır. Nənə olacaq yaşda deyil. Amma gələcəkdə o da olacaq".