Sekuta: "ABŞ və Aİ arasında məsləhətləşmələrdə Azərbaycanın mühüm rolu xüsusi vurğulanıb"

6 May 2016 13:40 (UTC+04:00)

 "Bu yaxınlarda ABŞ-la Avropa İttifaqı arasında enerji məsələləri üzrə məsləhətləşmələr keçirilib".Movqe.az -ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, məsləhətləşmələrin əsas mövzusu Avropanın enerji təhlükəsizliyi olub və Azərbaycanın oynadığı mühüm rol xüsusi vurğulanıb: "Biz hazırda Cənub Qaz Dəhlizi üzərində Azərbaycan və Aİ ilə  birgə işimizi davam etdiririk. Bu məsələ Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir". apa