1 milyard insan kor olacaq

6 May 2016 21:00 (UTC+04:00)

2050-ci ilə qədər dünya əhalisinin 1 milyardı görmə qabiliyyətini itirə bilər. Movqe.az bildirir ki, dəhşətli statistika ilə türk həkimləri çıxış ediblər. Qeyd olunub ki, hazırda dünyada 2 milyard insan göz zəifliyindən əziyyət çəkir. Və göz üçün mənfi təsirlər bu şəkildə davam edərsə, onlardan 1 milyardı kor olacaq. Həkimlər  deyib ki, bu problem xüsusilə yeniyetmələr arasında geniş yayılıb. Səbəbi isə yeni texnologiyadan intensiv istifadədir.Yarana biləcək təhlükənin qarşısını almaq mümkündür. Yetər ki, müdaxilə yerində və vaxtında olsun./ atv.az/