Əkizləri olan Xoşqədəm dostlarına təşəkkür etdi

7 May 2016 12:15 (UTC+04:00)

Ötən gün ikinci dəfə ana olan aparıcı Xoşqədəm Hidayətqızı təəssüratlarını bölüşüb. 


Movqe.az-ın məlumatına görə, əkizlərinin beşiyinin fotosunu paylaşan aparıcı onu təbrik edənlərə təşəkkürünü bildirib:


"Bizi təbrik edən dostlarımız, yaxınlarımız, xoş sözləriniz, dualarınız üçün sizə minnətdarlığımızı bildirirk. Rəbbim bütün övlad yolu gözləyən valideynləri sevindirsin".


Qeyd edək ki, X.Hidayətqızı türkiyəli ifaçı Doğuşla ailə qurub.