Müxbir qızın əlini "dişləyən" 110 yaşlı nənə öldü - video

7 May 2016 19:30 (UTC+04:00)

TRT Türk telekanalının səyahət proqramı Fələstində olarkən Osmanlı İmperiyası zamanı doğulan 110 yaşlı Alemmiye Hammude adlı qadınla görüşüb.


Movqe.az-ın  məlumatına görə, müxbir ondan müsahibə alarkən yaşlı qadının qızın qolunu və əlini dişləməsi sosial mediada diqqət çəkmişdi. Onun bu hərəkəti sevgi və nəvaziş anlamında etdiyi məlum olsa da, qadının hərəkətləri qeyri-adi qarşılanmışdı.


Bu müsahibədən 4 gün sonra Alemmiye nənə dünyasını dəyişib./axşam.az/