Türkiyə Silahlı Qüvvələri 55 İŞİD üzvünü məhv edilib

8 May 2016 14:30 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri "İslam dövləti" (İŞİD) terror təşkilatının 55 üzvünü öldürüb.


Movqe.az-ın Sabah qəzetinə istinadən verdiyi məlumata əsasən, türk ordusu İŞİD-in Suriyanın Hələb şəhərindəki mövqelərinə zərbələr endirib.


Keçən aydan etibarən Türkiyənin Xatay və Kilis vlayətləri Suriya ərazisindən roket hücumuna məruz qalır. Buna cavab olaraq Türkiyə silahlı Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə cavab zərbələri endirir.