Əfqanıstanda ağır yol qəzası: 10 ölü, 50 yaralı

8 May 2016 15:00 (UTC+04:00)

Əfqanıstanın Qazni vilayətində Kabul - Kandaqar yolunda iki avtobus və benzindaşıyan toqquşub.


Movqe.az-ın Sinxua agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, daha 50 nəfər yaralanıb.


Qəzadan sonra avtomobilin 3-də alışıb. "Ölənlərin sayı, yəqin ki, artacaq, çünki xəsarət alanların çoxu kritik vəziyyətdədir", deyə Əfqanıstanın hüquq-mühafizə orqanlarında bildirilib.


Ehtimal olunur ki, qəzanın səbəbi təhlükəli idarəetmə olub.


Hadisə yeri polis və ordu tərəfindən mühasirəyə alınıb.