Almatada sel təhlükəsi barədə xəbərdarlıq edilib

8 May 2016 17:30 (UTC+04:00)

Qazaxıstanın Almata şəhəri və Almata vilayətində 9-10 may tarixlərində sel və subasmaya səbəb ola biləcək fırtına ilə bağlı xəbərdarlıq edilib. Movqe.az-ın verdiyi məlumata görə, bu barədə Almata şəhər Fövqəladə hallar departamenti məlumat yayıb.Xəbərdarlıqda qeyd edilib ki, 9-10 may tarixlərində leysan yağışların Almata vilayətindəki çaylarda sel təhlükəsi yaradacağı proqnozlaşdırılır.apa