Milyardlar xərclənən ən hündür minarə - FOTO

8 May 2016 18:00 (UTC+04:00)

Əlcəzair Afrikanın ən böyük - 120 min nəfərlik məscidinin inşasını davam etdirir.


2012-ci ildə paytaxt Əlcəzairdə inşasına başlanılan və bu günədək 1,2 milyard avro xərclənən məscidin minarəsi 265 metr yüksəkliyində olacaq. Bununla da məscidin minarəsi dünyanın ən hündür minarəsi ünvanını alacaq.


Məscidin kitabxanasına 1 milyon kitab yerləşəcək.


Böyük qismi inşa edilən məscidin 2017-ci ilin sonlarında açılması planlaşdırılır. /axar.az/



Milyardlar xərclənən ən hündür minarə - FOTO