Yığma komandamız meydana qara sarğı ilə çıxacaq

8 May 2016 20:00 (UTC+04:00)

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin A qrupunda ikinci turun oyunları çərçivəsində Azərbaycan yığma komandası bu gün 8-ci KM stadionunda Belçika yığması ilə qarşılaşacaq. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Şuşa şəhərinin işğal günü ilə əlaqədar yığmamızın üzvləri meydana qara sarğı ilə çıxacaqlar. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Qeyd edək ki, turnirin açılış oyununda komandamız Portuqaliyaya 5 cavabsız qolla uduzmuşdu.