Dünyanın ən balaca dizayneri - fotolar

8 May 2016 22:00 (UTC+04:00)

Meyhem Kayzer adlı balaca qız dünyanın ən balaca dizayneri hesab edilir. 


Movqe.az-ın axşam.az-a istinadən xəbərinə görə, 4 yaşlı qızın kağızdan hazırladığı geyimləri anası İnstaqramda yerləşdirib. 


Onun bu işləri diqqət çəkməyə başlayıb. Meyhem kağızdan möhtəşəm geyim modelləri hazırlayır. O, eyni zamanda məşhur ulduzların paltarlarının eynisini düzəldir. Bir il ərzində balaca qızı İnstaqramda 459 min insan izləməyə başlayıb. 


2014-cü ildə məşhur "J. Crew" brendi balaca qızın valideynləri ilə müqavilə baqlayıb. 2015-ci ildən bu yana brendin sahibləri balaca qızın kağızdan hazırladığı modellərin üzərində paltarlar tikir və satır