Kəraçidə törədilən partlayış nəticəsində 12 nəfər xəsarət alıb

8 May 2016 22:30 (UTC+04:00)

Pakistanın Kəraçi şəhərində baş verən partlayış nəticəsində 3-ü uşaq olmaqla azı 12 nəfər xəsarət alıb.


Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, naməlum silahlılar restorana qumbara ataraq hadisə yerindən qaçıblar.

 

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar, onlardan 2-in vəziyyəti ağır kimi qiymətləndirilir.  


Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib