Zabitimiz ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi

9 May 2016 11:00 (UTC+04:00)

Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Savalanov Nəcməddin Akif oğlu "igidliyə görə" medalı ilə təltif edilib. Bu barədə Movqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumatda bildirilir ki, şəhid zabitin medalı bu gün doğulduiğu İmişli rayonunun Göbəktala kəndində ailəsinə təqdim ediləcək